32 yaşlı iş adamı 5000 kilometri ayaqyalın qaçacaq
O, qeyri-adi aksiya çərçivəsində 100 milyon dollar ianə toplamaq istəyir
Amerikalı sahibkar Telman Knudson ABŞ ərazisini ayaqyalın qaçmaqla 100
milyon dollar ianə toplamaq niyyətindədir. ANS PRESS, RİA “Novosti”yə
istinadən xəbər verir ki, bir neçə internet layihələrinin baş direktoru
bu gün Nyu-Yorkdan yola çıxacaq və 3200 mil (təxminən 5000 kilometr)
qət etməkdə qərarlıdır. O Klivlend, Çikaqo, Oklahoma-siti, San-Luis,
Hyustondan keçəcək və yürüşünü Santa-Monikada başa çatdıracaq. Telman
Knudson bu qədər məsafəni ayaqyalın qaçacaq ilk amerikalıdır. O gün
ərzində marafon distansiyasını qaçmalıdır. 32 yaşlı sahibkar bu
aksiyası ilə diqqəti Amerikadakı evsizlərin problemlərinə yönəltmək
istəyir. O topladığı vəsaiti gənclər arasında evsizlik probleminin
həllinə yönələn xeyriyyə layihəsinə sərf etmək niyyətindədir. // ANSPRESS