Püşkatmada 20 klub iştirak edəcək
Azərbaycan Kubokunun yeni mövsümündə mübarizəyə 20 klub qoşulacaq.
Fanat.az xəbər verir ki, sentyabrın 4-də saat 15.00-da keçiriləcək yeni
mövsümün püşkatma mərasimində məhz 20 komanda iştirak edəcək. Peşəkar
Futbol Liqasının yaydığı məlumata görə, Premyer-Liqa klublarının hamısı
kubok uğrunda mübarizəyə qoşulacaq. I diviziondan isə yalnız 8 komanda
oynamaq istəyindədir. Dörd klub - ABN, "Energetik", "Ədliyyə" və
"Göyəzən" isə mübarizədən imtina edib. Qeyd edək ki, Azərbaycan
Kubokunun 1/16 mərhələsinin ilk oyunları 16-17 sentyabrda, cavab
qarşılaşmaları 23-24 sentyabrda baş tutacaq. 2009/10 mövsümündə bu komandalar iştirak edəcək:
Premyer-Liqa: Bakı, İnter, Simurq, Xəzər Lənkəran, Qarabağ, Olimpik-Şüvəlan, Standard, Neftçi, Karvan, Qəbələ, Turan, Muğan. I divizion: Bakılı, MOİK, Şahdağ, Anşad-Petrol, Gəncə, MKT-Araz, Neftçi İSM, Rəvan.
|