Cümə axşamı, 21.11.2024, 17:45
Приветствую Вас Гость | RSS

Меню сайта
Sorgumuz
Saytımı qiymətləndirin
Cavabların cəmi: 212
Главная » 2009 » Sentyabr » 3 » Azərbaycanın xarici ticarət dövriyyəsi dörd dəfə azalıb
17:10
Azərbaycanın xarici ticarət dövriyyəsi dörd dəfə azalıb

BAKI, 26 avqust – «Xəbərlər-Azərbaycan». Neftin ucuzlaşması və dünya böhranı Azərbaycanın xarici ticarət dövriyyəsinin ötən illə müqayisədə 4 dəfəyə yaxın azalmasına səbəb olub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 10 milyard dolları keçib. Bu müddətdə Azərbaycandan xarici ölkələrə 7,1 milyard dollarlıq mal göndərilib. Xaricdən isə gətirilən məhsulların ümumi dəyəri 3,2 milyard dollar olub. Beləliklə, 7 ayda xarici ticarətdə 3,9 milyard dollar müsbət saldo yaranıb.

Amma ötən müddətdə dünya maliyyə iqtisadi böhranı ölkənin xarici ticarətinə də təsir edib. Belə ki, son 1 ildə Azərbaycanın ticarət dövriyyəsi 4 dəfəyə qədər azalıb. Bu müddətdə idxal malları 17 faiz azalsa da, ixracda azalma 80 faizə çatıb.

Xarici ticarətin strukturuna baxanda ölkə iqtisadiyyatının sahəvi inkişafı barədə təsəvvür yaratmaq mümkündür. Belə ki, 7 ayda Azərbaycan xaricə 1600 adda mal göndərib. Ölkəyə gətirilən malların çeşidi isə bundan 3 dəfə çox 5100-dən çoxdur.

Mütəxəssislərin fikrincə, buna səbəb ölkənin ixracında neft və neft məhsullarının payının yüksək olmasıdır. Belə ki, ixracda neftin payı 92 faizdir. Daha sonra meyvə, tərəvəz və bitki mənşəli yağlar üstünlük təşkil etsə də, maraqlıdır ki, həmin malların ixracda payı cəmi 1 faizdir.

İdxalın sturukturuna nəzər salan da məlum olur ki, gətirilən malların arasında maşın və elektrik aparatları, avadanlıqlar, ehtiyat hissələri 33 faizlə üstünlük təşkil edir. İdxal malları arasında nəqliyyat vasitələri və ərzağın da payı böyükdür.

Ötən müddətdə tütün məmulatları və çay ixracı artsa da, digər malların ixracı azalıb. Əvəzində bu il Azərbaycana əsas ərzaq malları buğda və şəkərin idxalı artıb. Yeddi ayda Azərbaycan dünyanın 126 ölkəsi isə ticarət əməliyyatı aparıb. İndi Azərbaycanda 7 minə qədər fiziki və hüquqi şəxs xarici iqtisadi əlaqələrlə məşğul olur.

Просмотров: 582 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Təhlükəsizlik kodu *:

İstifadəçi paneli


Daxil ol | Qeydiyyat
Axtarış
Kalendar
«  Sentyabr 2009  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930
QAN YADDAŞIMIZ
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0


Bizim saytın ziyarətciləri
Copyright MyCorp © 2024