Qonşular mərhum Pərvanə Zeynalova ilə həyat yoldaşı arasında iki gündür mübahisələrin baş verdiyini deyirlər
Ötən gecə Bakının Xətai rayonu ərazisində 22 yaşlı Zeynalova Pərvanə
Elbrus qızı yaşadığı mənzilin eyvanından özünü atıb. O, aldığı
xəsarətlərdən dünyasını dəyişib. Hadisə Nəsrəddin Tusi küçəsindəki
2942-ci məhəllədə baş verib. Pərvanə Zeynalova özünü binanın 12-ci
mərtəbəsindən atıb. Baş vermiş bədbəxt hadisə barədə Xətai rayon
hüquq-mühafizə orqanlarına məlumat verilib. Faktı araşdıran rayon
prokurorluğunun müstəntiqi Rəşad Əliyevin verdiyi məlumata görə, faktla
bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma)
maddəsi ilə cinayət işi başlanılıb. Hələlik mərhumun qohumlarının
ifadələri alınır. Qonşuların ANS PRESS-ə verdiyi məlumata görə,
Pərvanə Zeynalova ilə həyat yoldaşı arasında artıq bir neçə gündür
mübahisələr baş verirmiş. Ötən gün də Pərvanə və həyat yoldaşı mübahisə
ediblər. Prokurorluq mübahisənin səbəblərini araşdırır. // ANSPRESS