Bazar ertəsi, 03.02.2025, 07:48
Приветствую Вас Гость | RSS

Меню сайта
Sorgumuz
Saytımı qiymətləndirin
Cavabların cəmi: 212
Главная » 2009 » Sentyabr » 15 » Barselona ötənilki uğurunu təkrar edə bilməyəcək
13:35
Barselona ötənilki uğurunu təkrar edə bilməyəcək
Leonel Messi hesab edir ki, bu çətin olacaq


Ötən mövsümdə Leonel Messi “Barselona”nın heyətində İspaniya çempionatının, İspaniya kubokunun qalibi olaraq UEFA-nın ən yaxşı oyunçu nominasiyasında da, qalib gəlmişdi. Çempionlar Liqasında yeni mövsümün startı ərəfəsində Uefa.com Leonel Messidən müsahibə götürüb. Müsahibənin maraqlı olduğunu nəzərə alaraq, onu olduğu kimi təqdim edirik:

- UEFA-nın ən yaxşı futbolçusu nominasiyasında qalib gəlmisiniz. Bu mükafat sizin üçün nə deməkdir?

Belə vacib mükafatı əldə etmək mənim üçün olduqca xoşdur.

- FİFA-nın dünyanın ən yaxşı oyunçusu nominasiyasında qalib olmaq şansınızı necə dəyərləndirirsiniz?

Ötəm mövsüm “Barselona” əla çıxış etdi. Buna görə bu klubun bütün oyunçularının dünyanın ən yaxşı futbolçusu seçilməyə layiq olduğunu düşünürım.

- Bu yaxınlarda “Barselona” Zlatan İbrahimoviçi transfer etdi. Bu futbolçunun oyun üslubu Samuel Etodan nə ilə fərqlənir?

İbrahimoviç fiziki cəhətdən güclü idmançıdır. Düşünürəm ki, İbrahimoviç İspaniyada oynamağa tam uyğunlaşandan sonra “Barselona”ya daha çox xeyir verəcək.

- “Barselona”nın ötənilki uğurlarını təkrarlayacağını güman edirsinizmi?

“Barselona” ötən mövsüm hər bir klubun qibtə edəcəyi uğurlara imza atdı. Bu mövsüm eyni nəticəni təkrarlamaq çox çətin olacaq.

- Ağır mövsümün sonunda necə istirahət etdiniz?

Yaxşı istirahət etmişəm. İstirahətlə yanaşı fiziki hazırlığa xüsusi diqqət yetirmişəm. Yeni mövsümə özümü tam hazır hesab edirəm.

- Dünyanın ən güclü klubunda oynamaq necə hisslər bəxş edir?

“Barselona”da oynamağımdan qürur hissi keçirirəm. Bu klubda çox güclü futbolçular var. Onlarla çiyin-çiyinə oynadığıma görə çox xoşbəxtəm.

- Futbol karyeranızda zirvəyə çatdığınızı düşünürsünüzmü?

Hələ də səviyyəmi artırmaq haqqında düşünürəm. “Barselona”nın heyətində daha çox titul qazanmaq istəyirəm.

- Çoxları builki “Barselona”-“Real” Madrid qarşılaşmalarının çox prinsipial keçəcəyini bildirir. Sizin fikrinizcə, bu matçlar hansı ab-havada baş tutacaq?

“Real” Madridin heyətində bir çox dahi oyunçular var. Bizim klubun heyəti də, ondan heç də, geri qalmır. “Barsa” ilə “Real” arasında oyunlar həmişə prinsipial keçib. Budəfəki qarşılaşmaların da, bu cəhətdən fərqlənməyəcəyini düşünürəm.
Просмотров: 743 | Добавил: Admin | Теги: Barselona ötənilki uğurunu təkrar e | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Təhlükəsizlik kodu *:

İstifadəçi paneli


Daxil ol | Qeydiyyat
Axtarış
Kalendar
«  Sentyabr 2009  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930
QAN YADDAŞIMIZ
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0


Bizim saytın ziyarətciləri
Copyright MyCorp © 2025