Ermənistan hərbi vertolyotu qoşunların təmas xətti yaxınlığında məcburi eniş edib və bir daha qalxa bilməyib
Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus vertolyot işğal olunmuş
Azərbaycan əraziləri üzərində uçuş keçirdikdən sonra Ağdərə rayonunun 3
nömrəli sovxoz adlanan ərazisində, qoşunların təmas xətti yaxınlığında
eniş edib və bir daha qalxa bilməyib.
APA-nın Qarabağ bürosu
xəbər verir ki, hərbi vertolyot sentyabrın 5-də günün ikinci yarısında
Ağdam istiqamətində uçuş etdikdən sonra Ağdərə-Tərtər istiqamətində
hərəkət edib.
Dünən axşam saatlarında keçmiş Ağdərə rayonun
Modagez kəndi yaxınlığındakı su anbarının yaxınlığına enən vertolyot
naməlum səbəblərdən hələ də oradadır. Qeyd edək ki, vertolyot son
günlər həmin istiqamətdə Ermənistan Silahlı Qüvvələri tərəfindən
keçirilən hərbi təlimlərlə bağlı əraziyə gəlib.
Ehtimal
olunur ki, qondarma Dağlıq Qarabağ Respublikasının “müdafiə naziri”
keçirilən hərbi təlimləri müşahidə etmək məqsədilə həmin vertolyotla
əraziyə gəlib, amma yaranan texniki nasazlıq səbəbindən vertolyot
düşdüyü yerdən qalxa bilmir