Главная » 2009»Sentyabr»9 » Fransa, Böyük Britaniya və İsveçdən dünyaya fəlakət xəbərdarlığı
09:09
Fransa, Böyük Britaniya və İsveçdən dünyaya fəlakət xəbərdarlığı
“İqlim dəyişikliyi davam etsə, bu, siyasi münaqişələrə və fəlakətə aparıb çıxaracaq”
Fransa, Böyük Britaniya və İsveçin xarici işlər nazirləri qlobal
istiləşmə ilə mübarizə ilə bağlı beynəlxalq strategiyanın təcili
surətdə hazırlanmasına və ümumdünya ətraf mühit təşkilatının
yaradılmasına çağırıblar. ANS PRESS, “Associated Press” agentliyinə
istinadən xəbər verir ki, nazirlər Bernar Kuşner, Devid Miliband i Karl
Bild ötən axşam Parisdəki Siyasi Elmlər İnstitutunda əcnəbi tələbələr
qarşısında çıxış ediblər. Fransanın xarici işlər naziri Bernar
Kuşner bildirib ki, dünya ölkələri tələsməlidirlər: “Biz fəlakətlə
üz-üzəyik. Bu fəlakət qaçılmazdır. Üç aydan sonra Kopenhagendə BMT-nin
iqlimlə bağlı konfransı keçiriləcək. Tədbirdə beynəlxalq ictimaiyyət
iqlim dəyişiklikləri ilə mübarizə rejimini işləməlidirlər”. Nazirin
sözlərinə görə, qlobal istiləhmə ilə təcili mübarizə ideyası bütün
dünya insanlarının şüurunda kök salmalıdır. İsveçin xarici
siyasət idarəsinin başçısı Kard Bild isə qlobal istiləşmə ilə əlaqədar
siyasi münaqişələr təhlükəsi barədə xəbərdarlıqla çıxış edib: “Əgər
iqlim dəyişikliyi davam etsə və Mərkəzi Asiyada çaylar qurumağa
başlasa, bu, siyasi münaqişələrə və fəlakətə aparıb çıxaracaq. İqlim
dəyişiklikləri təhlükəsizliyimiz və maraqlarımızı təhdid edən
hadisələrə səbəb ola bilər”. Böyük Britaniyanın xarici işlər naziri
Devid Miliband bəyan edib ki, qlobal istiləşmə ilə bağlı problemlərin
həlli üçün yoxsul ölkələrlə koalisiya yaradılmalıdır: “Avropa Birliyi
onlara yardım edə biləcəyi tədbirləri müəyyənləşdirməlidir”. Nazirin
fikrincə, Braziliya və Meksika kimi inkişaf etmiş ölkələrlə də ittifaq
yaradıla bilər. // ANSPRESS