Bu dəfə 6 bal gücündə yeraltı təkanların episentri ölkənin şimal-qərbində qeydə alınıb
Ötən gecə Gürcüstanda növbəti güclü zəlzələ baş verib. ANS PRESS,
“İnterfaks” agentliyinə istinadənxəbər verir ki, bu dəfəki yeraltı
təkanların da gücü bir sutka əvvəlki kimi 6 bal olub. Gürcüstan
Seysmoloji Monitorinq Mərkəzinin məlumatına görə, yeraltı təkanların
episentri ölkənin şimal-qərbində-Raça-Lançxuti bölgəsinin Onsk
rayonunda qeydə alınıb. Mərkəzdən bildiriblər ki, adətən güclü
zəlzələlərdən sonra bir qədər zəif yeraltı təkanlar təkrarlanır və bu
proses bir ay ərzində davam edir. Zəlzələ nəticəsində tələfat və
dağıntı barədə məlumat yoxdur. Xatırladaq ki, sentyabrın 8-nə
keçən gecə Tiflisdən 140 kilometr aralıda 6,2 bal gücündə zəlzələ baş
vermiş və onlarla tikiliyə ziyan dəymişdi. // ANSPRESS