Главная » 2009»Sentyabr»15 » Hulusi Kılıç:“Azərbaycan Türkiyədən xəyanətkar addım gözləməsin”
13:32
Hulusi Kılıç:“Azərbaycan Türkiyədən xəyanətkar addım gözləməsin”
Səfir türklərin həmişə azərbaycanlı qardaşlarının yanında olduğunu deyib
“Türkiyə heç vaxt Azərbaycanın əleyhinə, onun maraqlarına zidd olan
addım atmaz. Biz həmişə Azərbaycanın yanında olmuşuq”. Bunu bu gün
Bakının azad edilməsinin 91 illiyi münasibəti ilə Şəhidlər
Xiyabanındakı Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət
edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. O,
Azərbaycana Türkiyədən xəyanətkar addım gözləməməyi məsləhət görüb.
Qeyd edək ki, Bakının azad edilməsinin 91 illiyi münasibəti ilə
keçirilən tədbirdə Azərbaycan və Türkiyənin himnləri səsləndirilib.
Abidənin önünə əklil qoyulub. Bundan sonra tədbirdə iştirak edən
səfirlik nümayəndələri, millət vəkilləri, ziyalılar Şəhidlər Xiyabanını
ziyarət ediblər.