Qiymətli daşlarla bəzədilmiş əlcəklər 49 min dollara satıldı
Dünya şöhrətli pop-ulduz Maykl Cekson ölümündən sonra da məşhurluğunu
itirmir. Bu yaxınlarda Avstarliyada pop-ifaçının ağ rəngli əlcəkləri
hərraca çıxarılıb. Müğənnin əlcəkləri hərrac zamanı nə az, nə çox düz
49 min dollara satılıb.
Hərrac təşkilatçılarının sözlərinə görə, əlcəklər onların gözlədiklərindən də baha satılıb.
Bu əlcəklərin balaca bir tarixçəsi var. Belə ki, Cekson 1996-cı ildə
Avstraliyanın Sidney şəhərində konsert verərəkən qiymətli daşlarla
bəzədilmiş həmin əlcəkləri çıxararaq izdihamın içinə atmışdı.