Azərbaycanda ilk dəfə olaraq Uşaq filmləri festivalı keçiriləcək Festivala 8 yaşından 14 yaşınadək uşaqlar müxtəlif janrlarda çəkdikləri filmlərlə qatılacaq
Rüstəm
İbrahimbəyovun rəhbərlik etdiyi Beynəlxalq Kino Məktəbi nəzdində
ölkəmizdə ilk dəfə olaraq Uşaq filmləri festivalı keçiriləək. Tədbir
Azərbaycan Kinematorqarfçılar İttifaqı və Azərbaycan Kinosunun 100
illiyi Fondunun təşkilatçılığı ilə bu ilin sentyabr ayında «Şərq-Qərb»
kino festivalı çərçivəsində start götürəcək.
Dövlət Film
Fondunun direktoru Cəmil Quliyevin ANS TV-yə verdiyi məlumata görə,
festivalın əsas şərtləri və məqsədi artıq yeniyetmə və uşaq yaşlarında
kino sənətinə maraq, həvəsi aşkara çıxarmaqdır. O, bildirib ki, artıq
hər «Şərq-qərb» festivalının tərkibində uşaqlarında çəkdikləri filmlər
nümayiş olunacaq.
Festivala 8 yaşından 14 yaşınadək uşaqlar
müxtəlif janrlarda çəkdikləri filmlərlə qatılacaq. Müsabiqədə iştirak
etmək üçün artıq Moskva və Gürcüstanın uşaq məktəbləri ilə danışıqlar
aparılıb. Tədbirə təqdim etmək üçün iki film hazırdır. Bir ssenari
üzərində isə gərgin iş prosesi gedir.
Festivalın quruluş və
təşkilati məsələri üzərində işləyən uşaqların özləri elə münstiflər
heyəti qismində çıxış edəcəklər. Müsabiqənin ən gülməli filmi
«Təbəssüm», ən balaca rejissorun işi isə «Ümid» mükafatına layiq
görüləcək. Tamaşaçılar tərəfindən ən çox alqış almış ekran əsəri isə
«Tamaşaçı simpatiyası» mükafatı ilə təltif edilcək. Ən balaca aktyor,
rejissor və operator da diqqətdən kənarda qalmayacaq. Analoji festival
ilk dəfə Ukraynada 2002-ci ildə keçirilsə də, orada kino sahəsinə
toxunulmayıb./ANS TV/