Depressiyadan başı açılmayan estrada müğənnisi Samir Bağırov ad günü ərəfəsində konsert verəcəyini söz versə də, vədinə əməl etməyib. Belə ki, müğənninin ad günü ötüşsə də, konsertdən bir xəbər yoxdur. Samir Bağırovdan bu barədə açıqlama istədikdə, o, konsertdən də önəmli bir layihə ilə məşğul olduğunu söyləyib.
Keçirdiyi depressiyalar nəticəsində kökələn müğənni artıq görkəmini qaydaya salsa da, efirdən qaçır. Buna səbəb müğənninin yenidən depressiyaya düşmək qorxusudur. Azərbaycan qayda-qanunlarına riayət etməyən Samir Bağırovun imici burada qəbul olunmadığından ürəyi istədiyi kimi yaradıcılıqla məşğul ola bilmir.
Müğənni öz vətənində yetərincə sevilməsinə, fanat ordusu olmasına baxmayaraq Azərbaycanın mühiti onu sıxır. Buna görə də Samir Bağırov növbəti layihəsini Moskvada həyata keçirməyə qərar verib. Lakin nədənsə estrada müğənnisi layihə haqqında qabaqcadan ətraflı açıqlama vermək istəməyib.
Zülfiyyə Qurbanova
ANS Press.COM