Cümə axşamı, 21.11.2024, 14:00
Приветствую Вас Гость | RSS

Меню сайта
Sorgumuz
Saytımı qiymətləndirin
Cavabların cəmi: 212
Главная » 2009 » Sentyabr » 16 » Mədəniyyət
13:29
Mədəniyyət

Türkiyəyə Opera günləri başlayır

Ölkəmizi Fidan Hacıyeva təmsil edəcək


Sentyabrın 22-dən oktyabrın 3-dək Türkiyədə Opera günləri keçiriləcək. «Türksoy»un təşkil etdiyi tədbirdə türkdilli ölkələrin ən qabaqcıl vokal ustalarının iştirak edəcək. Opera günlərində ölkəmizi Akademik Opera və Balet Teatrının solisti, Respublikanın əməkdar artisti Fidan Hacıyeva təmsil edəcək. «Mən bir neçə il öncə «Türksoy» festivalına qatılmışdım. Orada ifa etmişdim və çox bəyənilmişdim. Mən bu il də Azərbaycanı təmsil edəcəm. Bütün günü konservatoriyada məşqlər gedir».,- deyə F.Hacıyeva qeyd edib.

Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və türkdilli ölkələrin mədəniyyət qurumu- «Türksoy»un xətti ilə reallaşacaq. Bütün türkdilli ölkələrin ən qabaqcıl vokalçılarını bir araya gətirəcək builki Opera günləri məşhur Qazax dastanı «Kız Jibek»in 500 illik yubileyinə həsr olunub.

Fidan Hacıyeva Opera günləri çərçivəsində İstanbul və Mersin şəhərləri, həmçinin Kiprdə keçiriləcək üç konsertdə çıxış edəcək, Jizel Bizenin «Karmen», Sen-Sansın «Samson və Dalila» operalarından parçalar və Üzeyir Hacıbəylinin «Sevgili canan» romansını ifa edəcək.

Qeyd edək ki, 2008-ci ildə 11-ci «Türksoy» Opera Günləri isə türk operasının ilk əsəri və Şərqin ilk operası olan «Leyli və Məcnun»un 100 illiyinə həsr olunmuşdu.

Просмотров: 495 | Добавил: Admin | Теги: Opera | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Təhlükəsizlik kodu *:

İstifadəçi paneli


Daxil ol | Qeydiyyat
Axtarış
Kalendar
«  Sentyabr 2009  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930
QAN YADDAŞIMIZ
Statistika

Xətdə cəmi: 2
Qonaqlar: 2
İstifadəçilər: 0


Bizim saytın ziyarətciləri
Copyright MyCorp © 2024