Главная » 2009»Sentyabr»6 » Məktəblərdə yalnız təcrübəli və bilikli mütəxəssislər çalışacaq
19:27
Məktəblərdə yalnız təcrübəli və bilikli mütəxəssislər çalışacaq
Misir Mərdanov: "Ötən il ərzində müəllimlərin sayı 3 min 100 nəfərə qədər azaldılıb"
Təhsil nazirliyi müəllim adına layiq olmayan şəxslərin ovuna başlayır.
Artıq müəllim sayının azalmasına nail olan nazirlik, məktəblərdə yalnız
təcrübəli və bilikli elmi mütəxəssislərin çalışmasını istəyir.
Yeni dərs ilinin ən böyük yeniliyi kruklumun tətbiqi olacaq. Təhsil
işçilərinin respulika konfransında çıxış edən təhsil naziri Misir
Mərdanov həmçinin dedi ki, təhsil sahəsinə qoyulan investisiyaların
məbləği bu il xüsusilə artıb. Dünyada maliyyə böhranının olmasına
baxmayaraq, ötən ilə nisbətən bu il Azərbacanın təhsil sahəsinə 238
milyon manat artıq vəsait qoyulub. Büdcədən ayırlan vəsait hesabına bu
il bir tələbənin oxuması üçün dövlət 1176 manat xərcləməli olacaq.
Ümumilikdə il ərzində 152 məktəb yenidən tikilib, 118-i əsaslı təmir
olunub, 293-nün isə istilik sistemi yenidən qurulub. Lakin hələ də
600-ə qədər məktəb yararsız vəziyyətdədir. 2008-2009-cu dərs ilində
müəllimlərin sayı da çox olub - 173 min 100 müəllim. Mərdanovun
sözlərinə görə, ötən il ərzində müəllimlərin sayı 3 min 100 nəfərə
qədər azaldılıb.
“Məktəbə yalnız məktəb üçün yararlı
şəxslərin qəbul olunması vacibdir. Təəssüf ki, son illərdə müxtəlif
yerli hakimiyyət orqanlarının səyi nəticəsində məktəblərə müəllim adına
yaraşmayan çoxsaylı şəxslər qəbul olunub. Biz bu işə qarşı çox ciddi
mübarizə aparmaq istəyirik. Bir məsləyə diqqət yetirin. Son illər
uşaqların sayında ciddi azalma var idi. Sevindirici haldır ki, artıq,
bu problem aradan qaldırılıb və uşaqların saynda artım qeydə alınıb. Bu
il biz məktəbə 125114 uşaq qəbul edəcəyik”, - deyə təhsil naziri
bildirib.
Nazir həmçinin qeyd etdi ki, yeni tədris
ilinədək 16 məktəbəqədər müəssisə istismara veriləcək. Növbəti ildə isə
323 məktəbəqədər müəssisə təmir ediləcək ki, onların da 20-si Bakı,
birisə Sumqayıtda yerləşir. Nazir dedi ki, məktəbəqədər təhsil
müəssisələrinin özəlləşdirməyə çıxarılması bağçaların sayını xeyli
azaldıb. Lakin bağçalar özəlləşdiriləndən sonra profili üzrə fəaliyyət
göstərməməsi bu sahədə boşluğun yaranmasına səbəb olub. Bunun
müqabilində isə özəl uşaq bağçalarının sayı xeyli artıb.
“Məktəbəqədər tərbiyə bu gün də bizim qarşımızda ən ciddi bir sahə kimi
qalmaqdadır. Xüsusən Bakı şəhərində uşaq bağçalarının ərazilərinə
müdaxilələr çoxalıb. Bağçaların 4 bir yanında 16 mərtəbəli binalar
tikilir. Ən təəccüblüsü də odur ki, müxəlif səviyyəli icra hakimyyəti
orqanları, bəzən də bağça rəhbərləri bu işə göz yumur”, -deyə Mərdanov
əlavə edib.
Pedaqoqlar hesab edirlər ki, bu gün Azərbaycan
təhsilində ən ciddi problemlərdən biri də orta məktəblərdə xarici dilin
tədrisidir. Bu problemi aradan qaldırmaqdan ötrü nazirlik orta
məktəblərdə ingilis və rus dilinin intensiv tədrisinə başlayıb. Yeri
gəlmişkən 2008-2009-cu tədris ilində Azərbaycan prezidenti tərəfindən
247 müəllimə müxtəlif fəxri fərmanlar verilib. Hazırda Azərbaycanda
müəllimlərin orta aylıq əməkhaqqı 268,5 manat təşkil edir.