Çərşənbə axşamı, 03.12.2024, 22:10
Приветствую Вас Гость | RSS

Меню сайта
Sorgumuz
Saytımı qiymətləndirin
Cavabların cəmi: 212
Главная » 2009 » Sentyabr » 7 » Sentyabrın 15-i 26 teatr yeni mövsümə start verəcək
10:08
Sentyabrın 15-i 26 teatr yeni mövsümə start verəcək
Açılış mərasimi Gənc Tamaşaçılar Teatrının qarşısında olacaq



Sentyabrın 15-də teatr mövsümünün təntənəli açılış mərasimi keçiriləcək. Açılış əsaslı təmir olunan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısında olacaq. Həmin gün ölkədə fəaliyyət göstərən 26 teatr yeni mövsümə birgə start verəcək.
Bu bayram şənliyində iştirak edəcək S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı yeni mövsümdə tamaşaçıları müxtəlif səhnə əsərləri ilə sevindirəcək.
Teatr builki mövsümünü “Kral Lir” tamaşası ilə açacaq. Məzuniyyətdən qayıdan yaradıcı heyət isə artıq yeni tamaşanın məşqlərinə başlayıb.
Rus Dram Teatrı 89-cu mövsümündə tamaşaçılarına təqdim edəcəyi ilk tamaşa “7 örpəyin rəqsi” adlanır. Tamaşa teatrın aparıcı rejissorlarından olan Boris Lukinski tərəfindən səhnələşdirilir. Bu mövsümdə həmçinin xalq yazıçısı Elçinin “Cəhənnəm kirayəçiləri”, böyük rus yazıçısı Dostoyevskinin “Karamazov qardaşları” və “Rossinin faciəsi” əsərləri də səhnə həyatı yaşayacaq.
Teatr balaca tamaşaçıları da yaddan çıxarmayıb. Mövsümün sonunadək onlara bir-birindən maraqlı yeni səhnə əsərləri, o cümlədən Yeni il və Novruz bayramı münasibətilə hazırlanacaq bədii proqramlar təqdim ediləcək.
Просмотров: 881 | Добавил: Admin | Теги: Teatr | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Təhlükəsizlik kodu *:

İstifadəçi paneli


Daxil ol | Qeydiyyat
Axtarış
Kalendar
«  Sentyabr 2009  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930
QAN YADDAŞIMIZ
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0


Bizim saytın ziyarətciləri
Copyright MyCorp © 2024