Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib
Azərbaycanın xarici işlər naziri Elmar Məmədyarovla Türkiyənin xarici
işlər naziri Əhməd Davudoğlunun telefon danışığının detalı açıqlanıb.
Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovun sözlərinə görə,
nazirlər Qarabağ problemi həll olunmayanadək Ermənistan-Türikyə
sərhədinin açılmayacağını bildiriblər: "Əgər Qarabağ problemi həll
olunarsa, sərhəd qapılarının açılmasını normal qarşılayarıq. Problem
həll olunsun, qaçqınlar torpaqlarına qayıtsın, ondan sonra təbii ki,
bütün məsələlər barədə danışmaq olar." Z.Həşimov qeyd edib ki, bundan
sonra hətta oturub hər hansı bir layihə üzərində razılaşmaq da
mümkündür. Elə Elmar Məmmədyarov və Əhməd Davudoğlu da telefon
danışıqlarında bunları bildiriblər" deyə səfir bildirib.