Türkiyə və ABŞ Qarabağ münaqişəsini müzakirə edəcək
Bu məqsədlə Dövlət Departamentinin nümayəndə heyəti Ankaraya gəlib
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Türkiyəyə səfərə gəlib. ANS
PRESS-in yerli “NTV” kanalına istinadən verdiyi xəbərə görə, nümayəndə
heyətinə dövlət katibinin siyasi işlər üzrə müavini Uilyam Berns və ABŞ
dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina
Kaydenau rəhbərlik edir.
Kanalın verdiyi məlumata görə,
tərəflər arasında bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.
Görüşlər zamanı erməni-türk dialoqu və Dağlıq Qarabağ münaqişəsinin
müzakirəsi nəzərdə tutulub.