Pərvanə Allahverdiyeva yaşına baxmayaraq işləməyi sevir
Vaxtilə uzunömürlülər ölkəsi adlandırılan Azərbaycanda indi barmaqla
sayılacaq qədər uzunömürlü qalıb. Onlardan biri də Xaçmazın Şərifoba
kəndində yaşayan 110 yaşlı Pərvanə Allahverdiyevadır. Pərvanə Əli qızı
Allahverdiyevanın rəsmi sənədə görə indi 103 yaşı olsa da, ailə üzvləri
iddia edir ki, sənəddə onun yaşı az göstərilib. Ağbirçək, yaşının çox olmasına baxmayaraq işləməyi sevdiyini deyir.
Nənənin ailə üzvləri onun belə çox yaşamasının əsas səbəbini sağlam
qidalanmasında görürlər. Onun bacısı Sənəm Zeynalova P.
Allahverdiyevanın təmiz qidalar ilə qidalandığını bildirib. Qeyd
edək ki, əslən Siyəzənin Sədan kəndindən olan Pərvanə nənə Xaçmazın
Şərifoba kəndinə gəlin gəlib. O, iki dəfə ailə həyatı qurub, həyat
yoldaşlarının hər ikisi vəfat edib. İndi onun 5 övladı 18 nəvəsi 12
nəticəsi var.