Çərşənbə axşamı, 03.12.2024, 21:11
Приветствую Вас Гость | RSS

Меню сайта
Sorgumuz
Saytımı qiymətləndirin
Cavabların cəmi: 212
Главная » 2009 » Sentyabr » 4 » Xatirə İslam məsuliyyətdən yaxa qurtardı
09:19
Xatirə İslam məsuliyyətdən yaxa qurtardı
Onunla birlikdə cinayət törətməkdə təqsirli bilinən şəxs məhkəmə zalından azad edildi



Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə “Texnika bank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun oğlu İslam Yusifovu şantaj etməkdə ittiham olunan Şamil Nəsibovun məhkəməsi başa çatıb. Şamil Nəsibov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, İslam Yusifov 2004-2007-ci illər ərzində müğənni Xatirə İslamla qeyri-rəsmi olaraq, bir yerdə yaşayıblar. Lakin sonradan bu münasibətdən Zal Yusifov xəbər tutub və o, müğənni ilə oğlunu ayırmaq qərarına gəlib. Bu məqsədilə Zal Yusifov oğlunu hərbi xidmətə yola salıb. Lakin hərbi xidmətdən qayıdan İslam Yusifov bir tanışının vasitəsi ilə yenidən müğənni ilə münasibət yaradıb.

Zal Yusifov oğlunu müğənni ilə olan sevgi məcarasından ayıraraq, onu evləndirmək qərarına gəlib. Zal Yusifov oğlunu nişanlayandan sonra müğənni bankir oğluna hücuma keçib. Onu Şamil Nəsibovla əlaqə yaradaraq, şantaj etməyə başlayıblar. Xatirə İslam Yusifovu şantaj edərək münasibətlərinin qurtarması üçün 100 min dollar istəyib, əks təqdirdə ailəsinə və nişanlısına zəng vuraraq aralarında olan münasibət barədə danışacağını bildirib.

İlkin olaraq, o, Xatirəyə 100 min dollar ödəmək qərarına gəlsə də, sonradan bankir oğlu fikirindən daşınıb. Zal Yusifov məsələdən xəbər tutandan sonra hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Şamil Nəsibov saxlanılıb. Lakin məlum olmayan səbəblərə görə, Xatirə yalnız cinayət işi üzrə şahid qismində dindirib. İstintaq orqanı Xatirənin ağır cinayətin təşkilatçısı olmasına baxmayaraq, o məsuliyyətdən kənarda qalıb. Məhkəmə də istintaqın hərəkətlərini təkrarlayıb. Məhkəmə Xatirəni dindirməklə işini bitmiş hesab edib.

İslam Yusifov da Şamil Nəsibovdan şikayətçi olmadığından məhkəmə onun barəsində şərti cəza təyin edib və məhkəmə zalından azadlığa buraxıb.

Qeyd edək ki, MTN-nin baş istintaq idarəsində ifadə verən İslam Yusifov Şamil Nəsibov və Xatirə İslam tərəfindən dəfələrlə şantaj olunduğunu etiraf edib. O, eyni zamanda qeyd edib ki, bu şantajlara görə müğənniyə 200 min dollar ödəyib. Lakin məhkəmədə İslam Yusifov dediklərindən imtina edib.
Просмотров: 1647 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Təhlükəsizlik kodu *:

İstifadəçi paneli


Daxil ol | Qeydiyyat
Axtarış
Kalendar
«  Sentyabr 2009  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930
QAN YADDAŞIMIZ
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0


Bizim saytın ziyarətciləri
Copyright MyCorp © 2024