Şəmbə, 18.05.2024, 13:58
Приветствую Вас Гость | RSS

Меню сайта
Sorgumuz
Saytımı qiymətləndirin
Cavabların cəmi: 212
Главная » 2009 » Sentyabr » 4 » Dolların ulduzu sönür?
09:08
Dolların ulduzu sönür?
ƏliMəsimli və Vüsal Qasımlıdan ekspert rəyi



Dollar tədricən dünya valyutası rolunu itirir, onun ulduzu tədricən sönür. Lakin onun yerini asanlıqla başqa valyutaya verəcəyi inandırıcı görünmür. Məsələyə münasibət bildirən Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü Əli Məsimli də bu fikirdədir: "Dollar dünyanın vahid valyutası rolunda çıxış edir. Dollar yeganə tədavül vasitəsidir ki, bütün strateji məhsulların alış-verişi onunla həyata keçirilir".

Müsahibimizin fikrincə, dolların öz mövqeyini itirməsi üçün elə bir valyuta ortaya çıxmalıdır ki, bütün ölkələr tərəfindən qəbul edilsin. Lakin belə bir valyuta bu gün mövcud deyil. Hazırda dünyanın müxtəlif regionlarında onun regional valyutalar ilə əvəz edilməsi ideyaları var. Həmin ideyalar isə ideya olaraq qalır və onların dolları dünya miqyasında əvəz edəcəyi inandırıcı görünmür.

İqtisadçı ekspert Vüsal Qasımlı isə dollar ətrafında gəzən söhbətlərin bəzilərini peşəkar hesablanmalara əsaslanan obyektiv fikirlər adlandırsa da, daha çox siyasi maraqlara xidmət etdiyi qənaətindədir: "Bu yaxınlarda çox məşhur kredit agentliklərindən birinin nümayəndəsi Devid Uils çıxış edib və bildirib ki, dolların yaxın vaxtlarda ulduzu sönəcək. Getdikcə öz mövqeyini itirəcək. Əslində deyim ki, dolların sıradan çıxması asan başa gələn məsələ deyil. Hazırda bütün dünyada valyuta ehtiyatları təxminən 7,1 trilyonu (64 faizi) dollarla saxlanılır. Əvvəllər dollarla saxlanılan vəsait daha çox idi. Hətta 1999-cu ildə dünya valyuta ehtiyatının 76,9 faizi dollarda saxlanılırdı". Müsahibimiz qeyd etdi ki, dolların gəlirliliyi də azalır. Amma bu da onun indiki məqamda dünya valyutası olmasına mane olmur".

V.Qasımlı dollara ən ciddi rəqib kimi avronu görür. Avronun dünya valyuta ehtiyatlarında payı 1999-cu ildə 17,9 faiz idisə, indi bu göstərici 26,5 faizədək yüksəlib. Lakin indiki vəziyyətdə də onun dolları əvəzləyəcəyi inandırıcı deyil. Çünki avro zonasının iqtiadiyyatında bu il 4,8 faiz, ABŞ-da isə 2,6 faiz eniş var. İnkişaf etmiş ölkələrdən ən az geriləmə məhz ABŞ-dadır. Gələn il də ABŞ-da 0,8 faiz artım proqnozlaşdırılır. Bu da digər aparıcı ölkələrlə müqayisədə daha yaxşı göstəricidir. Ancaq bunun əksinə Avropa Birliyində gələn il də 0,3 faizlik geriləmə davam edəcək. Belə olan halda avronun dolların yerinə keçəcəyi yaxın dövrdə qeyri-realdır. Düzdür, onun dünya valyutasına çevrilmə ehtimalı az olsa da, bu gün Avropada əsas valyuta olaraq qalır.

Ekspert avrodan başqa dolların əsas ciddi rəqiblərindən birinin də Çin valyutası olduğunu söylədi: "Təsadüfi deyil ki, Çinin iqtisadiyyatında bu il 4,5 faiz artım olub. Gələn il bu göstərici 6,5 faiz təşkil edəcək. Bütün bunları diqqətlə analiz edəndə yekun nəticə dolların yaxın gələcəkdə Asiyadakı mövqeyinin xeyli zəifləyəcəyindən xəbər verir. Yəni dollar öz mövqelərini tədricən itirə bilər. Öz yerinin bir hissəsini avroya, digər hissəsini isə Çin valyutası olan juana verər". Göründüyü kimi, dolları dünya miqyasında əvəzləyəcək valyuta olmasa da, onun mövqeyini regional miqyasda zəiflədən valyutalar ortaya çıxıb. Dolları zəiflədəcək daha bir addım neftin başqa vulyuta ilə satılması ola bilər: "Artıq bəzi neft ölkələri neftin digər valyutalarla satılması ideyasını qaldırıblar. Bütün hallarda hələlik dollar imperiyası çökmür. Öz mövqeyini başqa valyutalara o zaman verəcək ki, Amerika iqtisadiyyatının dünya iqtisadiyyatındakı, Amerika istehlakının isə dünya istehlakında xüsusi çəkisi azalsın. Bu zaman inkişaf etmiş ölkələrin valyutasının da dünya iqtisadiyyatında rolu artmalıdır. Amma ABŞ iqtisadiyyatının özünə gəlmə ehtimalı yüksəkdir və onun dünya iqtisadiyyatında rolu çox yüksəkdir".

Göründüyü kimi, hazırda dolların dünya valyutası olmasına mane olacaq və onu əvəz edəcək ciddi rəqib yoxdur. Gələcəkdə bu sahədə nəyin baş verəcəyini isə indidən dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür.
Просмотров: 614 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Təhlükəsizlik kodu *:

İstifadəçi paneli


Daxil ol | Qeydiyyat
Axtarış
Kalendar
«  Sentyabr 2009  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930
QAN YADDAŞIMIZ
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0


Bizim saytın ziyarətciləri
Copyright MyCorp © 2024