Şəmbə, 18.05.2024, 12:48
Приветствую Вас Гость | RSS

Меню сайта
Sorgumuz
Saytımı qiymətləndirin
Cavabların cəmi: 212
Главная » 2009 » Sentyabr » 9 » Fransa, Böyük Britaniya və İsveçdən dünyaya fəlakət xəbərdarlığı
09:09
Fransa, Böyük Britaniya və İsveçdən dünyaya fəlakət xəbərdarlığı
“İqlim dəyişikliyi davam etsə, bu, siyasi münaqişələrə və fəlakətə aparıb çıxaracaq”



Fransa, Böyük Britaniya və İsveçin xarici işlər nazirləri qlobal istiləşmə ilə mübarizə ilə bağlı beynəlxalq strategiyanın təcili surətdə hazırlanmasına və ümumdünya ətraf mühit təşkilatının yaradılmasına çağırıblar. ANS PRESS, “Associated Press” agentliyinə istinadən xəbər verir ki, nazirlər Bernar Kuşner, Devid Miliband i Karl Bild ötən axşam Parisdəki Siyasi Elmlər İnstitutunda əcnəbi tələbələr qarşısında çıxış ediblər.
Fransanın xarici işlər naziri Bernar Kuşner bildirib ki, dünya ölkələri tələsməlidirlər: “Biz fəlakətlə üz-üzəyik. Bu fəlakət qaçılmazdır. Üç aydan sonra Kopenhagendə BMT-nin iqlimlə bağlı konfransı keçiriləcək. Tədbirdə beynəlxalq ictimaiyyət iqlim dəyişiklikləri ilə mübarizə rejimini işləməlidirlər”. Nazirin sözlərinə görə, qlobal istiləhmə ilə təcili mübarizə ideyası bütün dünya insanlarının şüurunda kök salmalıdır.
İsveçin xarici siyasət idarəsinin başçısı Kard Bild isə qlobal istiləşmə ilə əlaqədar siyasi münaqişələr təhlükəsi barədə xəbərdarlıqla çıxış edib: “Əgər iqlim dəyişikliyi davam etsə və Mərkəzi Asiyada çaylar qurumağa başlasa, bu, siyasi münaqişələrə və fəlakətə aparıb çıxaracaq. İqlim dəyişiklikləri təhlükəsizliyimiz və maraqlarımızı təhdid edən hadisələrə səbəb ola bilər”.
Böyük Britaniyanın xarici işlər naziri Devid Miliband bəyan edib ki, qlobal istiləşmə ilə bağlı problemlərin həlli üçün yoxsul ölkələrlə koalisiya yaradılmalıdır: “Avropa Birliyi onlara yardım edə biləcəyi tədbirləri müəyyənləşdirməlidir”. Nazirin fikrincə, Braziliya və Meksika kimi inkişaf etmiş ölkələrlə də ittifaq yaradıla bilər. // ANSPRESS
Просмотров: 661 | Добавил: Admin | Теги: fəlakət, İqlim, Böyük Britaniya, Fransa, İsveç | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Təhlükəsizlik kodu *:

İstifadəçi paneli


Daxil ol | Qeydiyyat
Axtarış
Kalendar
«  Sentyabr 2009  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930
QAN YADDAŞIMIZ
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0


Bizim saytın ziyarətciləri
Copyright MyCorp © 2024