Şəmbə, 18.05.2024, 06:44
Приветствую Вас Гость | RSS

Меню сайта
Sorgumuz
Saytımı qiymətləndirin
Cavabların cəmi: 212
Главная » 2009 » Sentyabr » 6 » Məktəblərdə yalnız təcrübəli və bilikli mütəxəssislər çalışacaq
19:27
Məktəblərdə yalnız təcrübəli və bilikli mütəxəssislər çalışacaq
Misir Mərdanov: "Ötən il ərzində müəllimlərin sayı 3 min 100 nəfərə qədər azaldılıb"



Təhsil nazirliyi müəllim adına layiq olmayan şəxslərin ovuna başlayır. Artıq müəllim sayının azalmasına nail olan nazirlik, məktəblərdə yalnız təcrübəli və bilikli elmi mütəxəssislərin çalışmasını istəyir.

Yeni dərs ilinin ən böyük yeniliyi kruklumun tətbiqi olacaq. Təhsil işçilərinin respulika konfransında çıxış edən təhsil naziri Misir Mərdanov həmçinin dedi ki, təhsil sahəsinə qoyulan investisiyaların məbləği bu il xüsusilə artıb. Dünyada maliyyə böhranının olmasına baxmayaraq, ötən ilə nisbətən bu il Azərbacanın təhsil sahəsinə 238 milyon manat artıq vəsait qoyulub. Büdcədən ayırlan vəsait hesabına bu il bir tələbənin oxuması üçün dövlət 1176 manat xərcləməli olacaq. Ümumilikdə il ərzində 152 məktəb yenidən tikilib, 118-i əsaslı təmir olunub, 293-nün isə istilik sistemi yenidən qurulub. Lakin hələ də 600-ə qədər məktəb yararsız vəziyyətdədir. 2008-2009-cu dərs ilində müəllimlərin sayı da çox olub - 173 min 100 müəllim. Mərdanovun sözlərinə görə, ötən il ərzində müəllimlərin sayı 3 min 100 nəfərə qədər azaldılıb.

“Məktəbə yalnız məktəb üçün yararlı şəxslərin qəbul olunması vacibdir. Təəssüf ki, son illərdə müxtəlif yerli hakimiyyət orqanlarının səyi nəticəsində məktəblərə müəllim adına yaraşmayan çoxsaylı şəxslər qəbul olunub. Biz bu işə qarşı çox ciddi mübarizə aparmaq istəyirik. Bir məsləyə diqqət yetirin. Son illər uşaqların sayında ciddi azalma var idi. Sevindirici haldır ki, artıq, bu problem aradan qaldırılıb və uşaqların saynda artım qeydə alınıb. Bu il biz məktəbə 125114 uşaq qəbul edəcəyik”, - deyə təhsil naziri bildirib.

Nazir həmçinin qeyd etdi ki, yeni tədris ilinədək 16 məktəbəqədər müəssisə istismara veriləcək. Növbəti ildə isə 323 məktəbəqədər müəssisə təmir ediləcək ki, onların da 20-si Bakı, birisə Sumqayıtda yerləşir. Nazir dedi ki, məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirməyə çıxarılması bağçaların sayını xeyli azaldıb. Lakin bağçalar özəlləşdiriləndən sonra profili üzrə fəaliyyət göstərməməsi bu sahədə boşluğun yaranmasına səbəb olub. Bunun müqabilində isə özəl uşaq bağçalarının sayı xeyli artıb.

“Məktəbəqədər tərbiyə bu gün də bizim qarşımızda ən ciddi bir sahə kimi qalmaqdadır. Xüsusən Bakı şəhərində uşaq bağçalarının ərazilərinə müdaxilələr çoxalıb. Bağçaların 4 bir yanında 16 mərtəbəli binalar tikilir. Ən təəccüblüsü də odur ki, müxəlif səviyyəli icra hakimyyəti orqanları, bəzən də bağça rəhbərləri bu işə göz yumur”, -deyə Mərdanov əlavə edib.

Pedaqoqlar hesab edirlər ki, bu gün Azərbaycan təhsilində ən ciddi problemlərdən biri də orta məktəblərdə xarici dilin tədrisidir. Bu problemi aradan qaldırmaqdan ötrü nazirlik orta məktəblərdə ingilis və rus dilinin intensiv tədrisinə başlayıb. Yeri gəlmişkən 2008-2009-cu tədris ilində Azərbaycan prezidenti tərəfindən 247 müəllimə müxtəlif fəxri fərmanlar verilib. Hazırda Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı 268,5 manat təşkil edir.
Просмотров: 544 | Добавил: Admin | Теги: Məktəblərdə yalnız təcrübəli və bil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Təhlükəsizlik kodu *:

İstifadəçi paneli


Daxil ol | Qeydiyyat
Axtarış
Kalendar
«  Sentyabr 2009  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930
QAN YADDAŞIMIZ
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0


Bizim saytın ziyarətciləri
Copyright MyCorp © 2024