Şəmbə, 18.05.2024, 16:14
Приветствую Вас Гость | RSS

Меню сайта
Sorgumuz
Saytımı qiymətləndirin
Cavabların cəmi: 212
Главная » 2009 » Sentyabr » 4 » Məleykə Əsədova tənhalıqdan bezib
10:04
Məleykə Əsədova tənhalıqdan bezib
Aktrisa onun haqqında şayiə yayanları mənəviyyatsız adlandırdı


Məleykə Əsədova sənətdə özünü bəxti gətirənlərdən hesab edir. Şəxsi həyatda isə özünü o qədər də şanslı hesab etmir. Səhnədə ona rolları, həyatda isə yeganə övladı ruh verir: "Mən bəxti gətirən aktrisayam. Aktrisanın istedadı olmasa, ona kömək etməyin də mənası olmaz.

Lütfi Məmmədbəyov istedadımı görməsəydi, məni seriallara, tamaşalara dəvət etməzdi. Rollarımın hamısını yaşayıram. Mən qiraət, nitq mədəniyyətinə görə Mikayıl Mirzəyə borcluyam. Onun da mənə əməyi az olmayıb. Xaraktercə elə insanam ki, yaxşılıq itirmirəm. Mənə hörmət edən insanlara həmişə qarşılıqlı hörmət göstərirəm".

Məleykə xanım qeyd etdi ki, insan ilk növbədə özünə inanmalıdır. Əks təqdirdə heç nə əldə edə bilməz. Təbii ki, burada alın yazısının, taleyin də rolu var. Mən əvvəllər alın yazısına inanmırdım. Lakin bu gün əksinə düşünürəm. Teatrdakı uğurlarıma gəlincə, onları asanlıqla əldə etməmişəm. Hər rol üzərində aylarla çalışmışam".

Yalnız səhnəyə bağlı olduğunu deyən aktrisa, həm də övladının onun həyatında böyük rol oynadığını bildirdi. Boş vaxtlarını qızına həsr edən Məleykə Əsədova onu savadlı bir insan kimi görməyi arzulayır: "İstəməzdim ki, qızım aktrisa olsun. Çünki bu sənət çox çətindir. Özüm bu çətinlikləri keçdiyim üçün belə fikirdəyəm".

Şəxsi həyatı ilə bağlı bəzi məqamlara toxunan Məleykə Əsədova qeyd etdi ki, tək qalmaq çətindir: "Əgər qızım olmasaydı, bəlkə də ayaq üstə durmağa çətinlik çəkərdim. Bir qadın, bir ana üçün tək olmaq həm məsuliyyətli, həm də ağırdır. Bilirəm ki, ağır bir yük altındayam. Heç bir qadına tənhalıq arzulamıram. Qadın sevdikcə, sevildikcə gəncləşir, gözəlləşir.

Haqqında gəzən bəzi şayiələrə də münasibət bildirən aktrisa qeyd etdi ki, tez-tez ünvanına xoşagəlməz fikirlər eşidir: "Haqqımda olan bəzi söhbətləri mənəviyyatsız insanlar yayır. Həm də tanınmış insanlar barədə çox adam çox söz danışır. Əgər hər sözə cavab verəsi olsam, gərək bütün işlərim ikinci plana keçsin. Odur ki, deyilənləri qulaqardına vurmaq məcburiyyətindəyəm".
Просмотров: 1455 | Добавил: Admin | Теги: Məleykə Əsədova tənhalıqdan bezib | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Təhlükəsizlik kodu *:

İstifadəçi paneli


Daxil ol | Qeydiyyat
Axtarış
Kalendar
«  Sentyabr 2009  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930
QAN YADDAŞIMIZ
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0


Bizim saytın ziyarətciləri
Copyright MyCorp © 2024