Şəmbə, 18.05.2024, 07:02
Приветствую Вас Гость | RSS

Меню сайта
Sorgumuz
Saytımı qiymətləndirin
Cavabların cəmi: 212
Главная » 2009 » Sentyabr » 6 » Pul özü də pul tələb edir
19:26
Pul özü də pul tələb edir
Manatın kursunu stabil saxlamaq dövlətə baha başa gəlir



«Dünyada hökm sürən maliyyə böhranı hər bir ölkənin milli valyutasına böyük ziyanı vurub». Bu barədə iqtisadçı ekspert, Milli Məclisin iqtisadi siyasət məsələləri üzrə komitəsinin üzvü Əli Məsimli Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının ilin əvvəlindən bu günə kimi 18.5 faiz azalması ilə bağlı yayılan məlumatları şərh edərkən bildirib.
Ekspert hesab edir ki, ən böyük ziyan Rusiya rublu, Ukrayna qrivnası və Qazaxıstan tənqəsinə dəyib: «Rus rublu, Qazaxıstan tənqəsi, Ukrayna qrivnası maliyyə böhranı nəticəsində olduqca pis vəziyyətə düşüb. Ermənistan dramı isə hələ də ağır vəziyyətdədir. Amma maliyyə böhranı Azərbaycana və onun manatına o qədər də böyük təsir göstərməyib».
Millət vəkili deyir ki, manatın kursunu stabil saxlamaq dövlətə olduqca baha başa gəlir. Onun sözlərinə görə, bu, olduqca böyük intervensiya (müdaxilə red.) tələb edir: «Bunun üçün dövlət büdcəsindən zəruri miqdarda vəsait ayrılır. Neft amilinin də burada böyük rolu var».
Ə.Məsimli deyir ki, bir vaxtlar neftin bir barelinin 147 dollara satıldığı zaman ölkəmiz böyük miqdarda valyuta ehtiyatı toplaya bildi: «Sonradan neftin bir bareli 40 dollara düşəndə valyuta ehtiyatları azalmağa başladı. Bu gün neftin bir bareli 70 dolların ətrafında fırlanır. Bu səbəbdən milli valyutamızı sabit saxlmaq üçün elə də böyük valyuta ehtiyatı lazım olmayacaq».
Amma Ə.Məsimlinin sözlərinə görə, ölkəmiz neftdən gələn gəlirlərdən yavaş-yavaş uzaqlaşmalıdır. Yəni dolların çox xəfif formada azaldılması siyasəti həyata keçirilməlidir: «Bu, ölkəmizdə neftdən kənar sahələrin inkişafına, insanların yaşayışına, onların iqtisadi fəallığına da böyük təsir göstərə biləcək. Bu siyasət həmçinin Azərbaycanı valyuta ehtiyatlarına qənaət etməyə gətirib çıxaracaq».
Millət vəkilinin fikrincə, bu, həmçinin ölkəmizin digər ölkələrlə müqayisədə dünyada hökm sürən maliyyə böhranından tez çıxmasına da yardımçı ola bilər.
Просмотров: 772 | Добавил: Admin | Теги: Pul özü də pul tələb edir | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Təhlükəsizlik kodu *:

İstifadəçi paneli


Daxil ol | Qeydiyyat
Axtarış
Kalendar
«  Sentyabr 2009  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930
QAN YADDAŞIMIZ
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0


Bizim saytın ziyarətciləri
Copyright MyCorp © 2024