Şəmbə, 18.05.2024, 07:42
Приветствую Вас Гость | RSS

Меню сайта
Sorgumuz
Saytımı qiymətləndirin
Cavabların cəmi: 212
Главная » 2009 » Sentyabr » 6 » Urumçidə yenə qan töküldü
19:35
Urumçidə yenə qan töküldü
Ötən gün keçirilən nümayişlər 5 nəfərin ölümü ilə nəticələnib



Çinin Sincan-Uyğur Muxtar Vilayətində vəziyyət yenidən gərginləşib. Etiraz aksiyasının iştirakçıları bu dəfə dərman vurmaq üçün istifadə edilən şprislərlə edilən hücumlara etiraz ediblər. Nümayişlərdə 5 nəfər ölüb. Urumçidə icazəsiz nümayiş və yürüşlərin keçirilməsi isə qadağan edilib. Çinin rəsmi xəbər agentliyi olan “Sinhua”nın internet saytında yer alan məlumata görə, polis mindən artıq nümayişçini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, yüzlərlə xan mənşəli çinli ötən gün səhər saatlarında, təhlükəsizlik sərhədini aşaraq bir uyğur məhəlləsinə girməyə cəhd göstərib. Yüzlərlə polis onlara müdaxilə edib. Xanlar Urumçidə son dövrlər baş verən şprisli hücumlara görə uyğurları ittiham ediblər.

Çin rəsmi xəbər agentliyinin məlumatına görə, avqustun 20-dən bu yana 476 nəfər şprisli hücuma məruz qalıb. Çin hökuməti, hücumlarla əlaqədar 15 nəfərin saxlanıldığını, hücuma məruz qalanlarda isə virus tapılmadığını açıqlayıb.

ABŞ-da sürgündə olan müxalif uyğur lideri Rabiyə Kadir isə rəsmi Pekini Urumçidə hər kəsin təhlükəsizliyini təmin etməyə çağırıb. "Çinli səlahiyyətlilərə, uyğurlar və xan çinliləri də daxil olmaqla Şərqi Türküstanda hər kəsin can və mal təhlükəsizliyini təmin etməyə çağırıram", deyə R. Kadirin yazılı bəyanatında bildirilir.

"Xan çinlilərinin narahatlıqlarını göstərmək üçün dünən nümayiş etməsinə icazə verilməsi, səlahiyyətlilərin ikili standart tətbiq etdiyini göstərdiyini" deyən Kadir, uyğurlar və xanların sülh şəraitində bir yerdə yaşaya bilməsi üçün Kommunist partiyasının Sincandakı səlahiyyətlisi Wang Lekuanın istefa verməsini və uyğur xalqının qanuni narahatlıqlarını və xanların ehtiyaclarını anlayışla qarşılayacaq mülayim idarəçilərin təyin edilməsinin lazım olduğunu qeyd edib.

Xatırladaq ki, Urumçidə iyul ayında baş verən etnik qarşıdurmalar nəticəsində 196 nəfər ölüb. O dövrdən bölgədə təhlükəsizlik tədbirləri artırılıb.
Просмотров: 477 | Добавил: Admin | Теги: Urumçidə yenə qan töküldü | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Təhlükəsizlik kodu *:

İstifadəçi paneli


Daxil ol | Qeydiyyat
Axtarış
Kalendar
«  Sentyabr 2009  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930
QAN YADDAŞIMIZ
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0


Bizim saytın ziyarətciləri
Copyright MyCorp © 2024