Bazar, 28.04.2024, 16:37
Приветствую Вас Гость | RSS

Меню сайта
Bölmə kateqoriyası
Sirniyyat [2]
Isti+quru [1]
Salatlar [1]
Sorgumuz
Saytımı qiymətləndirin
Cavabların cəmi: 212
Главная » Статьи » Yeməli » Salatlar

“Nar Bilərziyi” Salatı (Qranatovıy Braslet)


Məktəb vaxtı yadımdadır, Rus yazıçısı Aleksandr Kuprinin esərlərini keçirdik (rus sektorunda oxuyanlar bilər yəgin). Bu yazıçının şah əsərlərindən biri Qranatovıy Brasletdir. Çox maraqlı hekayəsi var idi. Düzü detalları yadımda deyil, amma hekayə Vera adlı bir xanımın ad günündə bir nəfərin ona məktubla bərabər göndərdiyi bilərzikdən başlayır. Bilərziyin üstü qranat daşı ilə bəzənmişdi. Qranat daşın adıdır və əsl qranatın rəngi qırmızı olur, nar gilələri kimi. Daşın adı elə qranat, yəni nar sözündən gəlir. Qranatoviy Salat adı da məncə elə bu hekayədən gəlir. Düzü burada daş-qaş yerinə yeməli nar dənələri var, bu da ki mənə daş-qaşdan daha maraqlı gəlir:) Olduqca ləzzətli salatdır. Nuş olsun!
 

Nar Bilərziyi Salatı (Qranatovıy Braslet)
Qeyd: Bəzən bu salatın içinə yağda qızardılmış soğan da qatırlar, amma mən salatda artıq yağlı ərzaqlar (mayonez, qoz) olduğundan soğançadan istifadə etmirəm.
3 ədəd yerkökü
3 ədəd kartof
2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur
3 ədəd yumurta
1 stəkan qoz ləpəsi - xırda-xırda doğranmış
2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti
mayonez (istəyə görə mayonezi xamayla qarışdırmaq da olar)
duz
istot
nar dənələri (təxminən 1 iri nardan)
Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin.
İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yayın:
Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.
1. kartof
2. mayonez (təxminən 2 x. qaşığı)
3. çuğundurun yarısı
4. mayonez
5. yerkökü
6. mayonez
7. qoz
8. toyuğun yarısı
9. mayonez
10. yumurta
11. mayonez
12. qalan toyuq
13. mayonez
14. qalan çuğundur
15. mayonez
Axırda mayonezi salatıın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun.
Категория: Salatlar | Добавил: Admin (14.12.2009) | Автор: Seyidzadə Nicat
Просмотров: 4259 | Комментарии: 76 | Теги: Qranatovıy Braslet, Nar Bilərziyi Salatı, salat | Рейтинг: 3.8/4
Всего комментариев: 1
0  
1 KevinElent   (09.01.2024 17:48) [Material]
Hello dear friend, I would like to offer placement of your link (or links) on different platforms of the internet such as: forums, blogs, comments and much more. . .

Increase your Visibility Boost Your Seo Rank - Get Organic Traffic From Google. Ranking in Google isn’t hard. All you need is a healthy number of backlinks from referring domains that have authority and trust in Google’s eyes.

This Backlinks Service Benefits:

1. Easily get Google rankings

2. Get a lot of traffic from Google

3. You can earn from the website in different ways

4. Increase Domain Authority (DA)

Quality guaranteed !

PRICE - 10$

WebSite - http://traffic-for-your.site/

dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Təhlükəsizlik kodu *:

İstifadəçi paneli


Daxil ol | Qeydiyyat
Axtarış
QAN YADDAŞIMIZ
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0


Bizim saytın ziyarətciləri
Copyright MyCorp © 2024